28 May 2015 23:52
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda keçiriləcək ilk Avropa Oyunları mədəniyyət baxımından çox əhəmiyyətli tədbirdir və bu Oyunların keçirilməsi istənilən ölkə üçün şərəfdir”. Bu fikirləri Yunanıstan-Almaniya Ticarət Palatasının baş katibi, “High Connect” şirkətinin icraçı direktoru Dmitri Metaksas dilə gətirib.

D.Metaksas bildirib ki, Ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycan və bu ölkənin xalqı üçün geosiyası çağırışdır: “Bu tədbirin müvafiq səviyyədə təşkil edilməsi və keçirilməsi ilə üç məqsəd əldə olunacaq. Birincisi, strateji mərkəz Bakı olmaqla Avropanın sərhədləri Cənubi Qafqaz ölkələrinə kimi genişlənəcək. Ikincisi, Bakı başqa əhəmiyyətli tədbirləri keçirmək qabiliyyətini bütün dünyaya nümayiş etdirəcək. Uçüncüsü, Oyunların keçirilməsi regiondakı sülh və sabitlik barədə dünya ictimaiyyətinə göndərilmiş özünəməxsus ismarıc olacaq. Azərbaycan xalqına uğurlar arzu edirəm”.


Müəllif:

Oxşar xəbərlər