1 İyun 2015 13:37
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli iyunun 1-də Azərbaycanın şimal qapısı sayılan Qusara gətirilib.

Teleqraf.com-un məlumatına görə, məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılanıb.

Məşəl kik-boksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olunub. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəliblər. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Qusarlılar məşəlin alovlandırılmasını böyük coşqu və alqışlarla qarşılayıblar.

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər