1 İyun 2015 17:49
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir”.

Bu sözləri Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı o deməkdir ki, Azərbaycanın siyasətinə, iqtisadiyyatına, insanlarına, ölkəmizdəki ab-havaya böyük etibar və ümid var: “Bundan böyük nə ola bilər? Azərbaycana inanırlar, bilirlər ki, bu möhtəşəm idman bayramı yüksək səviyyədə keçiriləcək. Əminəm ki, Avropa Oyunları zamanı heç bir təhlükə, xoşagəlməz hal olmayacaq. Bu da istər-istəməz Azərbaycanın yüksək durumu haqda verilən siqnallardır”.

Azərbaycanın Oyunların keçirilməsi üçün tam hazır olduğunu deyən A.Rəhimzadə ölkəmizin təbliğində bu mötəbər idman tədbirinin əhəmiyyətini yüksək qiymətləndirib. A.Rəhimzadə bildirib ki, Azərbaycan idman sahəsində güclü maddi-texniki baza yaradıb.

Komitə sədri vurğulayıb ki, Oyunlar çərçivəsində peşəkar mütəxəssislər hazırlanıb. Onun fikrincə, ilk Avropa Oyunları Azərbaycanı dünyada daha da yaxşı tanıdacaq: “Bu tədbir çərçivəsində ölkəmizə gələn qonaqlar Azərbaycan həqiqətlərinin əyani şahidi olacaqlar”.

A.Rəhimzadə deyib ki, Atəşgah məbədindən başlanğıc götürən məşəl bütün Avropa ölkələrində hərəkət edəcək.

Deputat əlavə edib ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qıcıqlanan müəyyən dairələr də var: “Ümumiyyətlə, Azərbaycana qarşı aparılan böhtan kampaniyasının bir neçə səbəbi var. Burada Ermənistan hökumətinin və diasporasının fəaliyyətini də inkar etmək olmaz. Möhtəşəm tədbirlər keçirilərkən onlar daha da fəallaşır və Azərbaycana zərbə vurmaq istəyirlər. Təbii ki, onların öz maraqları var. Demək olmaz ki, bu tək Ermənistan hökumətinin göstərişi nəticəsində baş verir. Biz bu kimi kampaniyalara gərək hazır olaq. Artıq neçə ildir ki, bu, davam edir. Ona görə də hər birimiz səfərbər olmalıyıq. Azərbaycan xalqı yekdil mövqe nümayiş etdirməlidir. Biz fəal işimizlə qərəzli kampaniyaya qarşı cavabımızı verməliyik. Sevindirici haldır ki, ictimaiyyətimiz bu baxımdan çox fəaldır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər