"Gələn həftə demək olar ki, bütün Avropanın gözü Azərbaycanda olacaq. Bu da bizim məsuliyyətimizi daha da artırır".
Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Avropa Oyunlarının alovununn Bakıya qaytarılması münasibətlə rəsmi “Məşəl Bakıda” proqramı çərçivəsində nəzərdə tutulan tədbirdə gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir şəhər və bölgələrimizi dolaşan məşəl estafeti barədədə də xatırlatma verib. Azad Rəhimov Bakı da daxil olmaqla ümumilikdə 1000-dən çox idmançının məşəli daşıyacağını bildirib. Tədbirdə məşəlin yandırıldığı ilk günlə bağlı videoçarx nümayiş etdirilib.
Sonra "Bakı 2015"-in Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq çıxış edib:
"BAOƏK bir çox sahələrdə öz işlərini aparıb. Nazirin qeyd etdiyi kimi, məşəl estafeti cənab İlham Əliyev tərəfindən Atəşgahdan başladı. Bundan sonra məşəl Naxçıvana yola salındı. Bölgələrdə ümumilikdə 40-50 min əhali məşəlu qarşıladı. Hər bölgədə gözəl bayram oldu. Məşəl Bakıya yaxınlaşdıqça həyacan, gözləntilər artır. Düşünürəm ki, fantastik səviyyədəyik".
Daha sonra məşəllə bağlı videoçarx izlənilib. "Bakı 2015"-in mərasimləri üzrə direktoru xanım Katerina Uqvu deyib: "Bakıda keçiriləcək Məşəl Səfəri yerli əhalini oyunlara cəlb etmək və açılış mərasimindən əvvəl Bakının əlindən gələni etdiyibu bütün dünyaya nümayiş etdirmək üçün çox yaxşı üsuldur".
Qeyd edk ki, məşəl paytaxta qayıqla gətiriləcək və bir gecə Qız Qalasında qalacaq.
İyunun 7-də isə Ağ Şəhər Bulvarına, Neftçilər prospektindən keçməklə Bayraq meydanına yola salınacaq. Bir gün sonra isə məşəl Oyunların baş tutacağı Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək.
"Bakı 2015"in məşəli iyunun 9-da bir çox tarixi məkanlara, o cümlədən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə aparılacaq. Bu siyahıya Şirvanşahlar Sarayı da daxil ediləcək.
Məşəlin növbəti səfəri iyunun 10-da reallaşacaq. Həmin gün məşəl Nizami küçəsinə, Fəvvarələr meydanına, Qış Parkı, Filarmoniya və Dağüstü parkda olacaq və Qız Qalasına qaytarılacaq.
Açılış mərasimindən bir gün əvvəl isə məşəl Qız Qalasından götürüləcək və Satko limanına aparılacaq.
"Komandanın bayraqdarı hələ seçilməyib". Bunu da sözügedən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, hər bir idmançı bayraqdar olmağa layiqdir: " Ən layiqli və idman sevənrlərin arzuladığı şəxs bayraqdar olacaq".
Nərgiz