2 İyun 2015 11:34
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda "Bakı-2015" Avropa Oyunlarının keçirilməsi ölkəmizin Avropada, həmçinin bütün dünyada tanınmasında böyük rol oynayacaq. "Bakı-2015" Avropa Oyunlarını zamanı Bakıya çoxlu sayda qonaqlar gələcək. Bura gələn hər bir əcnəbi Azərbaycanın mədəniyyəti, idmanı, qonaqpərvərliyi ilə yaxından tanış olacaq. Və əminəm ki, Azərbaycanı çox sevəcəklər".

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Sevda Ələkbərzadə deyib. Onun sözlərinə görə, belə irimiqyaslı tədbirlər dünya dövlətlərinin diqqətini bizə yönətlməyə xidmət edir: "Niyə uzağa gedək ki. Bir neçə il öncə Azərbaycanda keçirilən "Eurovision" yarışmasını xatırlatmaq istəyirəm. Həmin yarışma ilə dünyaya Azərbaycan dövlətinin nüfuzunu, mədəniyyətini, musiqisini bir daha nümayiş etdirmiş olduq. O baxımdan da Avropa Oyunlarının bu sahədə müstəsna xidməti olacaq. Hamı kimi mən də belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsini sevinirəm".

Qeyd edək ki, bu yaxınlarda təqdim olunan "İlk Avropa Oyunları qədim Bakı torpağında" mahnısını Samir Cəfərovla birgə ifa edən Sevda Ələkbərzadə belə bir layihədə iştirak etməyin sevincini yaşadığını bildirib: "Hamı kimi mən də Avropa Oyunlarının başlanmasını səbirsizliklə gözləyirəm. Bu ərəfələrdə "İlk Avropa Oyunları qədim Bakı torpağında" musiqisini təqdim etməyimiz və bu layihədə iştirak etməyim çox əlamətdar oldu mənim üçün. Sevinirəm ki, bu musiqi ilə də Avropa Oyunlarına, bu oyunlarda ölkəmizi təmsil edən idmançılara dəstək olduq".

Nərmin


Müəllif: