2 İyun 2015 19:26
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyində “Avropa Oyunları şagirdlərin gözü ilə” adlı layihə həyata keçirilib.

Bu barədə BDU tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov AZƏRTAC-a eksklüziv müsahibəsində məlumat verib. D.Qənbərov qeyd edib ki, layihə “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə reallaşdırılıb. Azərbaycanda keçiriləcək möhtəşəm tədbir məktəbliləri də çox maraqlandırır.

Layihə çərçivəsində şagirdlər Avropa Oyunları ilə bağlı təqdimatlar nümayiş etdiriblər.

BDU-da “Bakı-2015” birinci Avropa Oyunlarına sən də qoşul!” devizi altında keçirilən təbliğat-təşviqat kampaniyasının nəticəsi olaraq universitetin üç minədək tələbəsinin bu tədbirə könüllü kimi qoşulduğunu xatırladan D.Qənbərov kampaniyanın Avropa Oyunları başlananadək davam edəcəyi bildirib.


Müəllif:

Oxşar xəbərlər