"ABŞ Azərbaycanla enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanın çiçəklənən ölkəyə çevrilməsidir".
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan 20 ildən çoxdur əməkdaşlıq edir: "ABŞ əvvəllər Azərbaycana neft hasilatında kömək edirdi, hazırda isə qaz hasilatında yardım edir. Biz bu sahədə Azərbaycanla sıx əməkdaşlıq edirik".
I Avropa Oyunlarını şərh edən səfir qeyd edib ki, hamı bu Oyunlar üçün infrastrukturun inşası və genişləndirilməsi üzrə işlərin aparılmasının şahidi oldu: "ABŞ idmanı müxtəlif xalqların yaxınlaşması vasitəsi kimi dəstəkləyir. Mən bütün idmançılara, o cümlədən azərbaycanlı idmançılara Avropa Oyunlarda uğurlar arzulayıram".