3 İyun 2015 08:25
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və “İki sahil” qəzetinin birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunlarına sən də qoşul!” layihəsi çərçivəsində tədbir keçirilib.

YAP GB-nin ofisində keçirilən tədbiri açan partiyanın Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov rəhbərlik etdiyi təşkilatın birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açmaqla yanaşı, gənclərimizi daha səylə çalışmağa və fəal olmağa həvəsləndirir. Dünyanın diqqətini Bakıya yönəldən bu mühüm idman bayramının keçirildiyi günlərdə gənclərimiz ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edərək Azərbaycanın tanıdılmasında mühüm rol oynayacaqlar.

Vurğulanıb ki, Azərbaycanda gənclərin fiziki hazırlığına xüsusi həssaslıqla yanaşılmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət proqramlarında bu sahəyə, xüsusilə idmana qayğı bu gün bəhrəsini verməkdədir. Mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibliyi edən Azərbaycan bu gün növbəti birincilik təşəbbüsünün müəllifi kimi diqqət mərkəzindədir. Azərbaycanın dünyada və Avropada idman dövləti kimi tanındığını dəfələrlə vurğulayan Prezident İlham Əliyevin dediyi kimi, bizim bu sahədə gözəl təcrübəmiz var. Məhz bu baxımdan əminliklə deyə bilərik ki, birinci Avropa Oyunları da yüksək səviyyədə təşkil olunacaq.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlir. Artıq ənənəyə çevrilən beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün böyük uğurdur. “Bakı-2015” birinci Avropa Oyunları da dünya idman tarixində möhtəşəm səhifə olacaq.

Vurğulanıb ki, bu gün ilk Avropa Oyunlarının uğurla başa çatdırılan hazırlıq işləri, eyni zamanda, Azərbaycanın 2016-cı ildə dünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununa ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasının əyani göstəricisidir. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsü ilə “Bakı-2015”-in bir çox ölkədə keçirilən təqdimat mərasimlərində də qeyd edildiyi kimi, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasətinin nəticəsidir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Bütün fəaliyyəti ilə Ümummilli Liderin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin idman sahəsinə diqqət və qayğısı mühüm uğurlarla nəticələnir. İlk Avropa Oyunları ölkəmizdə idmanın inkişafının, Azərbaycanın iqtisadi gücünün, siyasi nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizə göstərilən yüksək inamın və etimadın təsdiqidir. Birinci Avropa Oyunlarında gənclərin fəallığının mühüm əhəmiyyət daşıdığını qeyd edən V.Rəhimzadə YAP gənclərinin bu istiqamətdə səylərini xüsusi vurğulayıb.

Digər çıxışlarda da Oyunlar zamanı gənclərimizin düzgün istiqamətləndirilməsi, onların səylərinin əlaqləndirilməsi, fəallıqlarının artırılması sahəsində belə tədbirlərin vacibliyini diqqətə çatdırılıb. Əminliklə qeyd olunub ki, birinci Avropa Oyunları Azərbaycanın inkişafını, qüdrətini, imkanlarını dünyaya təqdim edəcək və dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə açacaq” fikirləri reallığa çevriləcək.


Müəllif:

Oxşar xəbərlər