3 İyun 2015 00:33
2 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin əsas idman hadisələrini, o cümlədən I Avropa Oyunlarını kifayət qədər işıqlandırmayan Rusiya telekanallarını tənqid edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı tənqidlərini bədən tərbiyəsi və idmanın inkişafı üzrə şuranın iclasında səsləndirib.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda iyunun 12-dən 28-dək keçiriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov Putinin də oyunların açılışına dəvət olunduğunu bildirib. “Bəli, Vladimir Putin oyunların açılışına dəvət edilib. Putinin oyunların açılışında iştirakını istisna etmək olmaz. Qəti qərarla bağlı əlavə məlumat verəcəyik”, - Dmitri Puskov deyib.


Müəllif:

Oxşar xəbərlər