3 İyun 2015 01:31
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paralimpiyaçıların vəziyyəti ilə maraqlanmaq üçün baş nazirin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Paralimpiya İdman Kompleksində olublar.

ANS TV-nin məlumatına görə, kompleksdə əlilliyi olan idmançıların təlim məşq toplantılarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şərait nəzərdən keçirilib.

Kompleksdə müasir avadanlıqla təchiz olunmuş akt salonu, trenajor, əl oyunları, qapalı üzgüçülük hovuzu var. Binada əlilliyi olan şəxslərin sərbəst, maneəsiz hərəkəti, müxtəlif idman növlərilə məşğul olmaları üçün lazımi şərait yaradılıb. Hazırda paralimpiyaçılar “Bakı 2015” Avropa Oyunlarına hazırlaşırlar.

“Azərbaycan artıq ilk Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Bu barədə artıq təşkilat komitəsi birmənalı şəkildə bəyanat verib. Onlar Avropa Oyunlarına hazır olduğumuzu bildiriblər. Ən başlıcası ondan ibarətdir ki, Avropa Oyunlarını Azərbaycan qəbul edir. Bu isə özü-özlüyündə bir tarixdir”, – deyə baş nazirin müavini Əli Əhmədov qeyd edib.

Bundan sonra Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdudu olan olan uşaqlar üçün müəssisəyə də baş çəkərək, onların vəziyyətləri ilə maraqlanıblar.


Müəllif:

Oxşar xəbərlər