3 İyun 2015 12:37
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

"I Avropa Oyunlarında təhlükəsizliyin yüksək səviyyədə təmin ediləcəyinə əminəm. Biz təşkilat olaraq bu sahədə polsilə yaxından əməkdaşlıq edəcəyik. Artıq bu istiqamətdə işlərin icrasına başlamışıq. Polisin I Avropa Oyunlarının təhlükəsizliyinə hazırlığına bələd olan şəxs kimi deyə bilərəm ki, heç bir narahatlığa əsas yoxdur".

Bunu Teleqraf.com-a açıqlamasında "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları I Avropa Oyunları zamanı hər bir təhlükənin qarşısını almağa hazırdır: "Amma bəzi məqamlar var ki, mən onu deməliyəm. I Avropa Oyunları zamanı Azərbaycana gələcək idmançılar, jurnalistlər, qonaqlarla bağlı da işlər aparılmalıdır. Biz "Avrovision" musiqi yarışmasında bəzi xoşagəlməz hadisələrin şahidi olduq. Avropanın hansısa ölkəsindən olan İran əsilli jurnalist Bakıda qeyri-etik hərəkətlərə yol vermişdi və bütün bunları videoya çəkib internetə yerləşdirmişdilər. Hesab edirəm ki, Avropa Oyunları ərəfəsində də xarici qüvvələr tərəfindən öyrədilmiş şəxlər Azərbaycana gələ bilər və burada xoşagəlməz hərəkətlərə yol verə bilərlər. Bu mənada ayıq-sayıq olmaq lazımdır. Bu cür halların qarşısının alınmasında polisə vətəndaşlar yaxından köməklik etməlidir".

Ş.Əliyev qeyd etdi ki, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin əsas şərtlərindən biri də təhlükəsizliyin təmin edilməsidir: "Əlbəttə ki, polisin oyunların təhlükəsizliyinə necə hazırlaşmasından cəmiyyətin tam məlumatlı olması mümkün deyil. Bu işlər məxfi həyata keçirilir. Amma cəmiyyət təhlükəsizliyin yüksək səviyyədə qorunacağına tam əmin olmaqla yanaşı, bu prosesdə polisə yaxından dəstək verməlidir".

Ayxan


Müəllif:

Oxşar xəbərlər