3 İyun 2015 18:43
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015" İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük və əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Azərbaycan kiçik dövlətdir. Bu oyunlar sayəsində Azərbaycanı bütün dünya tanıyacaq. Həm turizm imkanlarımızla tanış olacaq, mədəniyyətimizlə yaxından maraqlanacaqlar, qonaqpərvərliyimizə şahid olacaqlar”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib. O bildirib ki, oyunlarda yaxından iştirak edəcək:

“Ümumiyyətlə, belə tədbirlər harada keçirilsə, həmin ölkənin tanınması baxımından əhəmiyyətli rol oynayır. Eləcə də, Azərbaycan üçün belə olacaq. Ona görə Azərbaycan sənətkarı, vətəndaşı kimi çox sevinirəm ki, belə böyük tədbirlərdən biri Azərbaycanda keçirilir. Bununla yanaşı fəxr edirəm ki, mən həm də Avropa Oyunlarının iştirakçısıyam. Çünki iyun ayının 7-də məşəli daşıyanlardan biri də mənəm. İyunun 18-də oyunlarla bağlı Heydər Əliyev Sarayında muğam axşamı olacaq. O gecədə mənim rəhbərliyimlə ”Gəncləşən muğam" adlı konsert proqramı təqdim olunacaq. Həmin konsertdə tələbələrimlə birgə çıxış edəcəm. İyunun 20-də Opera və Balet Teatrında mənim iştirakımla “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq. Bu tamaşada tərəf müqabilim Nəzakət Teymurova olacaq".

İdmançılarımıza uğur arzu edən xanəndə onlardan medallar gözlədiyini deyib:

“İnanıram ki, bizim idmançılarımız qalib gələcək, bolluca medal qazanacağıq” .

Nərmin


Müəllif:

Oxşar xəbərlər