4 İyun 2015 13:15
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Bakıda keçiriləcək ilk Avropa Oyunlarına və idmançılarımıza xeyir-dua verirəm".

Teleqraf.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.

QMİ sədri gələcəkdə keçiriləcək I Avropa Oyunlarının məşəlinin alovunun Azərbaycandan götürülməsini istədiyini də bəyan edib: "Bu gün bizim üçün böyük şərəfdir ki, I Avropa Oyunları Azərbaycanda keçiriləcək. Mən çox arzu edərdim ki, bundan sonra Avropa Oyunlarının məşəlinin alovu həmişə Azərbaycandan götürülsün".

Bütün Qafqazın Şeyxi həmçinin həm Oyunlara, həm idmançılarımıza xeyir-dua verdiyini açıqlayıb: "Biz istərdik ki, yaxşı qələbələrimiz olsun ki, onlar yaddaşda, tarixdə qalsın. Mən din xadimləri adından həm Oyunlara, həm də idmançılarımıza xeyir-dua verirəm. Allah-təala bütün işlərimizi xeyirli eləsin".

İclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mubariz Qurbanlı isə bildirib ki, din xadimləri Avropa Oyunlarının keçirildiyi ərəfələrdə daha diqqətli olmalıdırlar: "Avropa Oyunları ilə bağlı Atletlər kəndində ibadət yetləri təşkil edilib. Onlar idmançılar və ora gələnlər üçündür. Lakin Bakıya yüzlərlə, minlərə turist gələcək. Onlar məscidlərə, kilsələrə, sinaqoqlara gedəcəklər. Bizim din xadimlərimiz buna hazır olmalıdır. Bəzi turistlər məscidlərə ibadət üçün yox, sadəcə ziyarət üçün, baxmaq üçün gələ bilərlər. Ona görə də buna da tolerant yanaşmaq lazımdır. Bunu qazilər, imamlar, axundlər mütləq nəzərə almalıdırlar".


Müəllif:

Oxşar xəbərlər