"Avropa Oyunlarının keçirilməsi tarixi hadisədir və mən də öz ölkəmi təmsil edərək tarix yaza bilmək üçün Oyunları səbirsizliklə gözləyirəm".
Trend-in məlumatına görə, bunu irlandiyalı boksçu xanım Keti Teylor "Herald.ie" saytına müsahibəsində deyib.
O bildirib: "Bu yarışlara qoşulduğum üçün mənə qarşı çox sayda təzyiqlər olur, lakin mən bunlara qarşı davam gətirməyi sevirəm. Mən bütün zamanların ən yaxşı qadın boksçusu olacağam”.
Qeyd edək ki, K.Teylor boks üzrə Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionudur.