4 İyun 2015 22:48
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qaldıqca anti-Azərbaycan qüvvələrin narahatlığı artır. Avropanın tarixində ilk dəfə keçiriləcək oyunların məkanı kimi Azərbaycan seçiləndə bu qüvvələr Bakının bu oyunlara ev sahibliyi etmək iqtidarında olmadığı tezisini irəli sürürlər.

Zaman keçdikcə onların iddiaları alt-üst oldu. Hazırda bu qüvvələrin əsas tezisi I Avropa Oyunlarında iştirakdan imtinaya çağırışdır. Anti-Azərbaycan qüvvələrin təsnifatını apardıqda, bura korrupsiyaya batmış, erməni lobbisi ilə bu və ya digər formada bağlantıları olan, yaxud seksual oriyentasiyası qarışıq, psixi problemli şəxslərin olduğunu görürük. Belə şəxslərdən olan Avropa Parlamentinin vitse-prezidenti, qurumda Avstriya yaşıllarının rəhbəri Ulrike Lunaçek Azərbaycana qarşı ittihamlar irəli sürüb. 57 yaşlı qoca lezbiyan Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu iddia edərək, avropalı siyasətçiləri I Avropa Oyunlarını boykot etməyə çağırıb.


O, mənsub oduğu ölkənin siyasətçilərinə, həmçinin, Milli Olimpiya Komitəsinə də Bakıya getməməyi tövsiyə edib.

Lunaçekin Azərbaycana qarşı siyasi məhbus iddiasının arxasında hansı məqamlarının dayandığını anlamaq o qədər də çətin deyil. Onun şəxsi xarakterikası da bir çox suallara cavab tapmağa imkan verir. Belə ki, AP-də tutduğu vəzifə ilə yanaşı, Lunaçek LGBT (lezbiyan, gey, biseksual, transseksual) hüquqları üzrə qruplararası komitəsinin rəhbədir. Cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan Linaçekin siyasətə gələn yolu da məhz buradan keçib.

Lunaçek Avropa Birliyi ölkələrində 4 yaşlı uşaqlara “seksual tərbiyə və tədris”i nəzərdə tutan qanun layihəsini irəli sürdüyünə görə Avropanın özündə böyük qınaqla qarşılanıb.

Lunaçekin azadlıq anlayışı

Ulrike Lunaçek Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə nümayəndə heyətinin üzvüdür. Lakin onun fəaliyyəti dövründə daim Ermənistanın vəkili kimi çıxış etdiyi müşahidə olunub. Bu ilin 15 aprel tarixində AP-də qondarma “erməni soyqırımı” müzakirə edilərkən, Türkiyəni “öz tarixi ilə barışmağa”, qondarma “soyqırımı” tanımağa çağırmışdı. Azərbaycan torpaqlarının işğalını, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarını bir kənara qoyan Lunaçek işğal altındakı torpaqlarımıza buraxılmayan avstriyalı jurnaslitlərə görə Avstriya xarici işlər nazirini Azərbaycana səfərdən imtina etməyə çağıran şəxsdir. O, bunu söz azadlığının boğulması kimi də qələmə vermişdi.

Lunaçeki ermənilərlə nə birləşdirir?

Əslində siyasi oriyentasiyasında problemlər olan, həmçinin, separatizmə meylli bu qadının ermənilərə olan sevgisi və buradan qaynaqlanan Azərbaycan düşmənçiliyi təəccüblü deyil. Burda separatizm faktoru əsas paya sahibdir. Lakin kiçik bir detal da nəzərdən qaçmamalıdır: Lunaçek lezbiyan olaraq seksual azlıqların “xilaskarı” kimi çıxış edir. Tarixdə zaman-zaman seksual azlıqlar da erməni adı ilə assosasiya olunur.


Erməni “milli qəhrəmanlarının” əksəriyyəti haqda öz mənbələrində “mavi” olaraq bəhs olunur. Misal üçün, Andranik, Qaregin Njde və digərləri haqda belə informasiyalar mövcuddur. Hətta onların seksual oriyentasiyası ilə bağlı yuxarı instansiyalara məlumat verilməsi erməni mənbələrində əksini tapıb.

Buradan da Azərbaycana qarşı qondarma ittihamlar irəli sürən bu qoca lezbiyanın “erməni sevdası”nın mənbəyi aydın olur.

Bütün bunlara görə, əslində Lunaçek kimilərin Azərbaycanı təqdir etməsi bizim üçün təhqir olardı.


Müəllif:

Oxşar xəbərlər