5 İyun 2015 08:04
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək I Avropa Oyunları bədii gimnastika üzrə Rusiya milli komandası üçün 2016-cı ildə Rio olimpiadasına hazırlığın ilk mərhələlərindən biri olacaq. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Olimpiya Komitəsinin keçirdiyi mətbuat konfransında rusiyalı beşqat dünya çempionu Marqarita Mamunun şəxsi məşqçisi Amina Zaripova deyib.

O bildirib ki, Bakıda planlı hazırlıq aparılıb: “Sözsüz, I Avropa Oyunları Qran-pri mərhələləri və digər turnirlərdən daha məsuliyyətli yarışdır. Hazırda dünya gimnastikasının səviyyəsi çox yüksəkdir, bu səbəbdən də Bakıda bütün ölkələrin nümayəndələri bizim üçün ciddi rəqiblər olacaqlar. Onlardan ən əsası Ukrayna və Belarus nümayəndələridir. Yarışlar çox ciddi və maraqlı olacaq”.

Mütəxəssisin sözlərinə görə, Bakıda keçiriləcək Avropa Oyunları 2016-cı il olimpiadasına hazırlığın əsas mərhələlərindən biridir: “Olimpiada-2016-nı nəzərə alaraq isti ölkələrin xüsusiyyətlərini öyrənirik. Havanın rütubətini heç kim ölçməyib. Məsələn, lent 5 dəqiqə ərzində ağırlaşır. Hər bir məşqçi belə məqamların öhdəsindən gəlmək üçün qızlara məsləhətlərini verir”.


Müəllif:

Oxşar xəbərlər