5 İyun 2015 11:17
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk Avropa Oyunlarının xidmətinə cəlb olunan nəqliyyat vasitələri üçün ayrılan “Oyunlar zolağı” ilə bağlı yollarda tətbiq edilən qadağaları pozan sürücülərə qarşı görülən cəza tədbirləri tez bir zamanda müsbət nəticələrini verdi.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, indi avtomiobilini sarı zolağa çıxaran sürücüyə nadir hallarda rast gəlmək olar: “Oyunlar zolağı” ilə bağlı yollarda tətbiq edilən qadağaların mayın 29-da qüvvəyə minməsindən sonra bu qaydanı pozan sürücülərə qarşı elə ilk gündəcə görülən cəza tədbirlərindən, tətbiq edilən inzibati protokol və cərimələrdən sonra indi demək olar ki, avtomobilini bu sarı zolaqla sürən sürücü yoxdur”.

V.Əsədov I Avropa Oyunları ilə əlaqədar yollardakı vəziyyət və nəqliyyatın hərəkəti ilə bağlı edilmiş müraciətlərə hörmətlə yanaşan sürücülərə və digər hərəkət iştirakçılarına Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından təşəkkür edib.


Müəllif:

Oxşar xəbərlər