5 İyun 2015 14:23
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhendə iki medal qazanan atıcı 50 yaşını ilk Avropa Oyunlarından sonra qeyd edəcək.

Teleqraf.com xəbər verir ki, Bakı 2015-də yarışacaq portuqaliyalı Joao Kosta Almaniyanın Münhen şəhərində keçirilmiş BAİF Dünya Kubokunda qələbə qazanıb. O, 10 metrdən hava tapançası ilə atəş yarışında Yaponiyalı dünya çempionu Tomoyuki Matsudaya 201.4 - 200.4 hesabında 1.0 xal fərqi ilə qalib gəlib.

Kosta həmçinin Münhendəki qoşa çıxışının birinci hissəsində 50 metrdən tapança ilə atəş üzrə gözəl nəticə göstərib. Beləliklə də, atıcı öz karyerasında üçüncü qızıl medalı əldə edib.

50 yaşlı Kosta yaşı artdıqca, daha da təcrübəli olduğunu bildirib:

"Atıcılıq idmanında yaş problem yaratmır, daha yaxşı nəticələr təcrübə ilə gəlir. Əlbəttə, yaşım ötdükcə daha təcrübəli oluram. Hələlik 50 yaşım münasibətilə yaxşı şərab şüşəsini açmıram. Bəlkə Olimpiya Oyunlarından sonra açdım".

Kosta Avropa Oyunlarının başlamasına bir neçə gün qalmış yaxşı nəticə göstərən yeganə atıcı deyil. Məsələn, bolqar Antoaneta Boneva 10 metrdən hava tapançası ilə atəş üzrə titul qazanıb. O, daha sonra Çanqonda 25 metrdən tapança ilə atəş üzrə bürünc və Fort-Benninqdə 25 metrdən tapança ilə atəş üzrə gümüş medala da yiyələnib.

İdmançı qazandığı uğura görə çox sevindiyini və ciddi-cəhdlə Bakıya hazırlaşdığını deyib:

"Bu medalları qazandığıma görə çox xoşbəxtəm. Bu, mənim üçün möhtəşəm mövsüm idi. Bu müddətdə keçirilən hər üç Dünya Kubokunda mən podiuma qalxmışam. İndi isə Avropa Oyunlarına hazır olmaq üçün çox çalışıram".

Qeyd edək ki, Münhendəki yarışda Almaniya üçlüyü də titul qazanıb. Kristian Reytz Birləşmiş Ştatlardan olan Keyt Sandersonu qabaqlayaraq 25 metrdən tapança ilə sürətli atəş üzrə qalib gəlib. Gənc alman Barbara Enqleder 50 metrdən tüfəng ilə atəş (üç vəziyyətdə) üzrə qızıl medal qazanıb. Reytz kimi 2010-cu il dünya çempionu Enqleder də Bakı 2015-də yarışacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər