Bolqar idmançılar Mariya Mateva və Neviana Vladinovanın finala düşmə şansları yüksəkdir.
Teleqraf.com xəbər verir ki, Bolqar gimnastları Mariya Mateva və Neviana Vladinova öz bacarıqlarını ən yüksək şəkildə sərgiləmək istəyilə Bakı 2015-ə yollanırlar. Onlar mayın sonunda Daşkənddə keçirilmiş Dünya Kubokunda nümayiş etdirdikləri çıxışı təkrarlamaq niyyətindədirlər.
Bu ayın əvvəlində Minskdə baş tutmuş Avropa Bədii Gimnastika çempionatında bolqar idmançıları ayrı-ayrı hərəkətlər üzrə fərdi yarışda 1/8 finala vəsiqə ala bilməyiblər. Lakin sonradan hər iki gimnast Daşkənddəki yarışda formaya qayıda bilib burada Meltiva halqa üzrə yarışları dördüncü, Vladinova isə gürz üzrə yarışları altıncı yerdə tamamlayıb.
Onların məşqçisi Efrosina Anqelova bu nəticələrə əsaslanaraq Bolqarıstanın Bakı 2015-də yaxşı nəticə göstərəcəyinə inanır:
"Olan bəzi çatışmazlıqları aradan qaldırmışıq. Qızlar özlərini yaxşı hiss edirlər və Bakıda nəticənin daha yaxşı olacağına ümid edirik. Hər iki gimnastın bir neçə finala düşmə şansları var. Lakin mənim üçün ən önəmlisi qızların əminliklə çıxış etmələridir".
Mariya Mateva da Bakı 2015-də tamamilə fərqli çıxış nümayiş etdirəcəklərini, uğur qazanacaqlarından əmin olduğunu bildirib.
Rüstəm