5 İyun 2015 16:32
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunları nəinki “köhnə qitə”də, eləcə də dünyanın bir çox bölgələrində canlı yayımlanacaq.

Yeni Zelandiyanın nüfuzlu “Sky Sport” kanalı növbəti həftədən etibarən tamaşaçılarına mötəbər idman festivalının həyəcanını təqdim edəcək. Trend xəbər verir ki, bu barədə kanalın veb-səhifəsində ətraflı məlumat yerləşdirilib.

Bildirilir ki, Azərbaycanın qədim şəhəri Bakı Avropanın bütün ölkələrini təmsil edən 6000-dən artıq atleti qəbul edəcək və bu innovativ multi-idman yarışı ilk dəfə olaraq “Sky Sport”un canlı efirində təqdim ediləcək.

Avropa Oyunlarının proqramına daxil edilən idman növləri və yarışlar barədə ətraflı məlumat verilən yazıda, həmçinin Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin “Sky Sport” kanalı ilə imzalanan yayım müqaviləsinin əhəmiyyəti barədə fikirlər öz əksini tapıb.


Müəllif:

Oxşar xəbərlər