5 İyun 2015 23:04
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şübhəsiz ki, Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək”.

Bu barədə Trend-ə BMT-nin Narkotik və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin Siyasi təhlil və ictimai əlaqələr bölməsinin direktoru Jan-Luk Lemayö (Jean-Luc Lemahieu) deyib.

O, qeyd edib ki, Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın diqqətini gözəl Azərbaycana cəlb etmək düzgün siyasətdir: “Bu Oyunlar zamanı bütün dünyanın diqqəti Azərbaycana yönələcək və dünyada hamı ölkə haqqında geniş məlumat alacaq”.

Bölmə direktoru bildirib ki, Azərbaycan qısa müddət ərzində bu Oyunlara çox yüksək səviyyədə hazırlaşdı: “Mən Azərbaycana gəlib bunu öz gözlərimlə gördüm. Hesab edirəm ki, Azərbaycana gələn hər bir insan bu ölkəni bəyənəcək. Bu baxımdan, nəzərə alsaq ki, Oyunlar zamanı Azərbaycana çoxlu sayda insan gələcək ki, bu da Azərbaycanın turizm sekrorunun inkişafına ciddi təsir göstərəcək”.

BMT rəsmisi Avropa Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə də müsbət təsir edəcəyini diqqətə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər