6 İyun 2015 11:20
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası “Bakı-2015” birinci Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.

Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, qərarın icrasına nəzarət rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədova tapşırılıb. İltimas Məmmədov beynəlxalq yarışlara hazırlıqla bağlı AZƏRTAC-a məlumat verərək deyib:

- Görülən işlərin nəticəsi olaraq birinci Avropa Oyunları zamanı telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təminatında problem yaranmayacaq. Oyunların keçiriləcəyi məkan və təşkilati binalar Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib. Birinci Avropa Oyunlarının keçiriləcəyi oyun məkanları və təşkilati binalar BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz olunub. Layihələr üzrə ümumilikdə 288 kilometr optik kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb. Mingəçevir şəhərində keçiriləcək “kanoe-sprint” idman yarışının yayımının və digər telekommunikasiya xidmətlərinin təşkili üçün əsas və alternativ yollarla “Kür” idman mərkəzindən BAOƏK-in data mərkəzlərinə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri, eyni zamanda “Azərenerji” ASC-nin optik resurslarından da istifadə etməklə rabitə təşkil edilib. Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb quraşdırılıb. Təşkilati məkanlar mobil rabitə xidmətləri ilə təmin olunub. “Azercell Telekom” MMC tərəfindən Milli Gimnastika Arenası və Bakı Olimpiya Stadionunda, “Bakcell” MMC tərəfindən Bakı Su İdmanı Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında yeni binadaxili mobil rabitə sistemi quraşdırılıb. Digər oyun və təşkilati məkanlarda da mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib. Eyni zamanda, sosial layihələrdə yaxından iştirak edən “Nar” mobil operatoru ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edir. Birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və təşkilati binalarda istifadəsi üçün tələb olunan radiotezliklər artıq müəyyən olunub. Radiotezliklərin müdafiəsinin təşkili ilə bağlı mobil sistemlər üçün xüsusi avadanlıqla təchiz edilmiş avtomobillər alınıb. Buraya həmçinin, mobil sistem üçün yüksək radiotezlikli qəbuledici və analizatorlar, müxtəlif tip antenfider dəstləri, analizatorların yüksək tezlikli antenalarla uzlaşmasını təmin edən modullar, portativ analizatorlar daxildir. Qeyd olunan nəqliyyat vasitələri və texniki avadanlığın istifadəsində işləyəcək qruplara treninqlər keçirilib. Oyun və məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb. Bu istiqamətdə internet təhlükəsizliyi üzrə fəaliyyət gücləndirilib. İlk Avropa Oyunlarının yayımına cəlb olunan dörd süni peykdən biri seçilən “Azərspace 1” artıq istifadəyə tam hazırdır.


Müəllif:

Oxşar xəbərlər