6 İyun 2015 11:46
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan-Roma güləşi üzrə Avropa çempionu Rəsul Çunayevin Avropa Oyunlarında medal qazanacağına ümidlər böyükdür. Onun son vaxtlar göstərdiyi performans da bunu sübut edir.


Elə idmançımızın da əsas məqsədi bu mötəbər turnirdə qızıl medal qazanmaqdır. O, Publika.az-a açıqlamasında Avropa Oyunlarını tarixi hadisə kimi qiymətləndirib:


“Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmizə, idmana və idmançılara böyük faydası olacaq. Ölkəmizdə idmana böyük diqqət, qayğı var. I Avropa Oyunlarının da ölkəmizdə keçirilməsi buna görədir. İnşallah, Azərbaycanda ilk dəfə keçiriləcək Avropa Oyunlarının qalibi olmaq üçün çalışırıq. Məşqlərimizə davam edirik.

Bir idmançı olaraq mənim əsas hədəfim bu mötəbər turnirin qızıl medalını qazanmaqdır.
İnanıram ki, idmançılarımız da bu yarışlarda öz sözünü deyəcək və parlaq qələbələri ilə doğma azarkeşləri sevindirməyə nail olacaqlar. Avropa Oyunları bir tarix olacaq”.


Qeyd edək ki, bu gün güləşin inkişafında federasiya əlindən gələni edir. Məşqçilər hər zaman millinin uğuru üçün çalışır. Hazırda beynəlxalq turnirlərdə medal qazanacağına ən çox etimad göstərilən qurumlardan biri məhz Azərbaycan Güləş Federasiyasıdır. Azərbaycanda keçiriləcək mötəbər turnirdə - İlk Avropa Oyunlarında onlara böyük ümidlər bəslənilir. Bu növdə yarışlar 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Arenasında baş tutacaq.


Yarışlarda 480 kişi və qadın güləşçi 24 müxtəlif çəki kateqoriyası üzrə yunan-Roma və sərbəst güləş üslublarında mübarizə apararaq coşğun kütlə qarşısında Avropa Oyunlarının qalibi adını qazanmaq imkanı əldə edəcək.


Müəllif:

Oxşar xəbərlər