Sıralarında əlli doqquz Olimpiya qızıl medalının qalibi olan yüz əlli olimpiya medalçısının Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, onların iştirakı bir daha sübüt edir ki, bu idmançıların öz idman növlərində tarixdə ilk keçirilən Avropa oyunlarının çempion olmaq istəyi bu yarışlarda mübarizənin güclü olacağını bir daha təsdiq edir.
Olimpiya medalçıları kimi, iyun ayının 12-dən - 28-dək keçiriləcək Bakı 2015 yarışlarında iştirak edən 6000 idmançıdan təxminən 200-ü dünya çempionu olduğundan, onlar qızıl medal uğrunda Bakıda keçiriləcək yarışları kifayət qədər rəqabətli edirlər.
Bakı 2015-də keçiriləcək 20 idman növündən 12-də idmançılar üçün əlavə stimul olacaqdır, belə ki, bu növlər üzrə yarışlarda idmançılar üçün Rio 2016 Olimpiya Oyunlarına təsnifat imkanları təmin olunacaq, üç idman növü, stolüstü tenis, triatlon və atıcılıq üzrə qızıl medalçılar isə növbəti yayda keçiriləcək Oluimpiya Oyunlarına birbaşa vəsiqələr veriləcəkdir.
Bakı 2015 idman proqramı həmçinin, karate, çimərlik futbolu, sambo və basketbol 3x3 kimi perspektivli idman növləri üçün də yer ayırır. Çimərlik futbolunda dünyanın ən yaxşı beş komandasından dördü, o cümlədən dünya çempionu, Rusiya komandası Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparacaq; 3x3 basketbolda isə gümüş mükafatçısı Serbiya qızıl medal qazanmağa namizəd favoritlər arasındadır.
Qeyri Olimpiya idman növlərinə yer ayrılması, Avropa Oyunları ilə əlaqədar Avropa Olimpiya Komitəsinin mərkəzi baxışına uyğun olaraq dünya idmanı üçün yeni bir innovasiya elementidir – bu Olimpiya Oyunlarından və Asiya Oyunları yaxud Pan Amerika Oyunları kimi digər multi-idman qitə oyunlarından fərqlənir.
Bakı 2015-in Baş Əməliyyat İşçisi Simon Kleq deyib : “Bakı 2015-də belə yüksək dərəcəli idmançıların iştirakı bizim Avropa idman təqvimində bu yeni yarışın əhəmiyyətini əks etdirir. İdmançılar, MOK-lar, Avropa və beynəlxalq idman federasiyaları Bakı 2015-ə uğur qazanmaq və Avropa bazarında görünmək və Rio 2016-ya adlamaq üçün böyük imkan kimi yanaşırlar. “Bakı 2015 idmançılara onların öz idman növləri üzrə yarışaraq tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının çempionu olmaqla öz adlarını tarixə yazmağa imkan yaradır”.
London 2012 Olimpiadasının taekvando üzrə qızıl medalçısı və Bakı 2015-də atletlərin səfiri, xanım Ceid Jounz bu fikirlərə əlavə olaraq bildirib: “Bakı 2015 bu il mənim yarış təqvimimdə doğurdan da çox mühüm yer tutur. Bakı yarışlaı ilə mən Rio 2016-ya hazırlaşacam, və Rioda isə mən böyük səylə öz Olimpiya titulumu qoruyacam. Ona görə də Bakıda Avropanın ən güclüləri ilə görüşmək böyük bir sınaqdır, burada mən və mənim Avropalı rəqiblərim olacaqdır. Böyük Britaniya komandası oraya böyük heyətlə gedir, orada vaxtımız xoş keçəcək, amma hər şeydən öncə mən oraya qələbə çalmaq üçün gedirəm”.
Küçə Atletikası da Bakı 2015-də bir yenilik olacaq, buraya bir sıra yüksək profilli idmançılar, o cümlədən, 2013-cü il Moskvada keçirilmiş Dünya Çempionatının qızıl medalçısı, alman şüvüllə tullananı Rafael Holzdeppe, Ukrayna hündürlüyə tullananı Boqdan Bondarenko da iştirak edir ki, o da Moskvada dünya çempionu olub.