7 İyun 2015 16:16
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl 5 gün ərzində Bakı şəhərində səfər edəcəyi ilə bağlı məlumat vermişdik. Artıq bu gün məşəlin paytaxtımızda qarşılanacaq.

Teleqraf.com xəbər verir ki, məşəlin səyahəti yenidən qurulmuş Ağ Şəhər bulvarından başlayacaq. Marafon Neftçilər prospekt və Dövlət Bayrağı Meydanında davam edəcək. Sonra məşəl bir gecəlik Qız Qalasına saxlanılacaq.

Bu gün məşəldarlar içərisində xalq artisti Aygün Kazımova da olacaq. Xanım müğənni bu haqda özünün İnstagram səhifəsində məlumat verib:

“Dostlar, bu gün vətənimizdə keçiriləcək İlk Avropa Oyunlarının məşəli paytaxtımıza gəlir. Böyük qürurla o məşəli Bayraq Meydanından mərkəzə aparacağam. Özümü çox xoşbəxt his edirəm”.

Qeyd edək ki, məşəl Avropa Oyunlarının keçiriləcəyi bütün idman komplekslərinə səyahət edəcək. İyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.


Müəllif:

Oxşar xəbərlər