“Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarında Rusiyanı təmsil edəcək idmançılar müəyyənləşib.
AZƏRTAC Rusiya Atıcılıq İttifaqına istinadla xəbər verir ki, birinci Avropa Oyunlarının atıcılıq yarışlarına 16-sı kişi, 12-si qadın olmaqla, ümumilikdə 28 rusiyalı idmançı qatılacaq.
Komandaya Olimpiya çempionları Aleksey Alipov və Olqa Kuznetsova rəhbərlik edəcəklər. Həmçinin heyətdə Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Vladimir İsakov və Vasiliy Mosində yer alıblar.
Kişilərin tapançadan atəşaçma yarışlarında Vladimir Qonçarov, Sergey Çervyakovskiy, Leonid Ekimov, Aleksey Klimov, Anton Quryanov, Vladimir İsakov, Sergey Kruqlov, Nazar Luqinets, Fyodr Vlasov və Sergey Kamenskiy, qadınların mübarizəsində isə Yekaterina Korşunova, Olqa Kuznetsova, Yuliya Alipova, Anna Mastyanina, Darya Vdovina, Anna Jukova, Yuliya Karimova və Polina Xoroşeva güclərini sınayacaqlar.
Stend atıcılığı yarışlarında kişilərin mübarizəsində Aleksey Alipov, Denis Zotov, Vasiliy Mosin, Vitaliy Fokeyev, Aleksandr Zemlin və Valeriy Şomin mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə Rusiyanın şərəfini Tatyana Barsuk, Yelena Tkaç, Albina Şakirova və Anastasiya Kraxmalyeva qoruyacaqlar.
Qeyd edək ki, birinci Avropa Oyunlarında atıcılıq yarışları iyunun 16-dan 22-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.