8 İyun 2015 11:12
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 Birinci Avropa Oyunlarının mobil tətbiqi istifadəyə buraxılıb.

Trend-in wmpoweruser.com saytına istinadən verdiyi məlumata görə, sözügedən tətbiqi “windows phone” əməliyyat sistemindən əldə etmək mümkündür. Sayt Baki 2015 mobil tətbiqi ilə bağlı yazır: “Avropa Avroviziya kimi qitə əhəmiyyətli daha bir hadisəyə - Birinci Avropa Oyunlarına şahid olacaq və böyük həvəslə bu Oyunların başlamasını gözləyir. Bu ərəfədə “windows phone” əməliyyat sistemimiz sizə bu tarixi hadisə ilə bağlı yeni mobil tətbiqi təqdim edir. Burada siz bütün Oyunların cədvəli, möhtəşəm idman hadisəsi ilə bağlı məlumatları öyrənə, eləcə də videolara baxa, atletlər və digər informasiyalara malik ola bilərsiniz”.

Tətbiqdə Azərbaycanla bağlı məlumat da yer alıb. Məlumat tətbiqə keçid üçün barkodda yerləşdirib.


Müəllif: