“Bakı-2015” ilk Avropa Oyunlarında İsrail də geniş nümayəndə heyəti ilə təmsil olunacaq.
Trend xəbər verir ki, bu barədə məlumat verən jewishnews.co.uk portalı İsrailin Azərbaycan paytaxtında tarixinin ən böyük nümayəndə heyəti - 142 idmançı ilə təmsil olunacağını yazır.
Portaldakı məqalədə qeyd edilib ki, Bakının ev sahibliyi ilə keçiriləcək və 6000-dən artıq atletin mübarizə aparacağı ilk Avropa Oyunlarına 600 mindən artıq tamaşaçının gələcəyi gözlənilir: "Dünyada Oyunları izləyəcək televiziya tamaşaçılarının sayı isə 1 milyarddan çox olacaq”.