8 İyun 2015 15:48
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 ilk Avropa Oyunlarının məşəli paytaxt ərazisində səyahətini davam etdirir. Oyunların simvolu bu gün velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Teleqraf.com-a verilən məlumata görə, dan yeri sökülərkən məşəl BMX üzrə yarışların keçiriləcəyi Velopark ərazisinə gətirilib. Alovu "Nə? Harada? Necə?" intellektual oyununun Azərbaycan üzrə baş prodüsseri Balaş Qasımov qəbul edib.

Dağ Velosipedi parkında isə məşəldar rolunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, yarışların keçiriləcəyi marşrut boyunca alovla hərəkət edib.


Müəllif: