“Azərbaycan nüfuzlu beyənlxalq tədbirlərin keçirildiyi ölkədir. Bu amil Azərbaycanın inkişafının, dünyada artan imicinin göstəricisidir”. Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.
A.Rəhimzadə bildirib ki, ilk Avropa Oyunları da məhz Azərbaycanın uğurlarının nəticəsi olaraq ölkəmizdə keçirilir. Onun sözlərinə görə, bu hadisə dostlarımızı sevindirdiyi kimi bədxahlarımızı da narahat edir.
“Son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının arxasında da məhz bu amil dayanır. İlk Avropa Oyunları ərəfəsində müəyyən xarici dairələr fəallaşaraq, Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Təbii ki, onlar məqədlərinə çatmayacaq. Çünki həmin dairələrin kimliyi bütün dünyaya yaxşı məlumdur. Azərbaycan cəmiyyəti də bu məsələdə fəaldır, qarayaxma kampaniyasına qarşı fəal şəkildə mübarizə aparır”, – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Səxavət