Belarusun tvr.by portalında ilk Avropa Oyunlarının əhəmiyyəti barədə məlumat dərc olunub.
Trend-in məlumatına görə, 20 idman növü üzrə 6000-dən artıq atletin mübarizə aparacağı Oyunlarda Belarusun 150 idmançı ilə təmsil olunacağı qeyd edilir. Məlumat verilir ki, bu ölkənin nümayəndə heyətinin ilk qrupu iyunun 10-da Bakıya gələcək və yola salma mərasimi İdman Sarayında təşkil ediləcək.
Bakı 2015 ilk Avropa Oyunlarının həm də Rio-2016 Yay Olimpiyadasına hazırlıq baxımından böyük əhəmiyyəti vurğulanıb.