Belarusun CTV kanalı “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı geniş reportaj hazırlayıb.
Teleqraf.com-un məlumatına görə, 150 atletlə təmsil olunacaq Belarus komandasının heyətində müxtəlif idman növləri üzrə olimpiya, dünya, Avropa çempionları və mükafatçıları yer alıb.
Süjetdə bədii gimnastika üzrə dəfələrlə dünya və Avropa çempionu Yekaterina Qalkina və olimpiya çempionu, kanoeçi Andrey Boqdanoviçlə müsahibələrə yer verilib. Bakıda ilk Avropa Oyunlarında mübarizə aparmağın olduqca həyəcanlı olacağını deyən atletlər uğur qazanmaqla tarixə düşmək istədiklərini qeyd ediblər.