10 İyun 2015 10:11
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 iyun tarixində duet yarışları üçün ilkin mərhələnin püşk atma mərasimi olacaq.

Teleqraf.com xəbər verir ki, 10 iyun tarixində sinxron üzgüçülük üzrə duetlərin sərbəst kombinasiya yarışının ilkin mərhələsini keçirmək üçün püşk atma mərasimi baş tutacaq. Bundan sonra ilk Avropa Oyunlarında ilk sıralarda çıxış edəcək idmançıların siyahısı açıqlanacaq.

Adları müəyyənləşən yarışçıların elan edilməsi mərhələsi Bakı Su İdmanı Mərkəzində başlayacaq. Bu, Bakı 2015 ilk Avropa Oyunlarının cümə günü baş tutacaq Açılış Mərasimindən əvvəl təşkil olunacaq.

Başlama yerini müəyyən etmək üçün yarışdan 48 saat əvvəl təsadüfi püşk atma mərasimi keçiriləcək.

Rüstəm


Müəllif: