Belarusun CTV kanalı “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı geniş reportaj hazırlayıb.
AZƏRTAC telekanalın rəsmi internet səhifəsinə istinadən məlumat verir ki, reportajda 150 atletlə təmsil olunacaq Belarus komandasının heyətində müxtəlif idman növləri üzrə Olimpiya, dünya, Avropa çempionları və mükafatçılarının yer aldığı vurğulanır.
Süjetdə bədii gimnastika üzrə dəfələrlə dünya və Avropa çempionu Yekaterina Qalkina və Olimpiya çempionu, kanoeçu Andrey Boqdanoviçlə müsahibələrə yer verilib. Bakıda ilk Avropa Oyunlarında mübarizə aparmağın çox həyəcanlı olacağını deyən atletlər uğur qazanmaqla tarixə düşmək istədiklərini qeyd ediblər.