10 İyun 2015 12:19
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunları yaxınlaşdıqca həyəcan daha da artır.

Teleqraf.com-un məlumatına görə, müxtəlif idman üzrə keçiriləcək oyunlardan ən maraqlılarından biri 3x3 Basketbol yarışları olacaq.

Qadınların yarışında Azərbaycan Hollandiya, İsveçrə və Yunanıstan A qrupunda,Çexiya, Belçika, Türkiyə və Ukrayna B qrupunda, İspaniya, Sloveniya, İrlandiya və Slovakiya C qrupunda, Rumıniya, Rusiya, İsrail və Litva isə D qrupunda mübarizəyə aparacaqlar.

Kişilərin yarışında A qrupunda Sloveniya, Rumıniya, Litva, İsrail, B qrupunda Rusiya, İspaniya, Türkiyə və Belçika, C qrupunda Estoniya, Serbiya, İtaliya və Yunanıstan, D qrupunda isə Azərbaycan, Andorra, Çexiya və İsveçrə komandaları yarışacaqlar.

3x3 basketbol yarışları iyunun 23-dən 26-dək Bakı Basketbol Arenasında baş tutacaq.


Müəllif: