10 İyun 2015 13:35
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gimnast Oleq Stepko Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək nəticə göstərmək niyyətindədir.

Gimnast Trend-ə bildirib ki, belə böyük yarışlara hazırlaşmaq asan məsələ deyil: “Belə böyük miqyaslı yarışlara ev sahibliyi edəndə məsuliyyət, həyəcan yükü daha çox olur və daha çox səy göstərmək lazım gəlir. Yarışlar başqa ölkədə keçiriləndə hazırlaşmaq və çıxış etmək daha asan olur. Öz doğma meydanında çıxış etmək, tamaşaçıların, dostların sənə azarkeşlik etməsi gözəl hissdir”.

O.Stepko test turnirində yaxşı nəticə göstərdiyini bildirib: “Oyunlarda mükəmməl şəkildə çıxış etməyə və yüksək nəticə əldə etməyə çalışacağam. Bu dəfəki seçim mərhələsində həmişə olduğu kimi 24 idmançı deyil, 18 idmançının iştirak etməsi müəyyən mənada üstünlükdür. Finala hər ölkədən 1 nəfər olmaqla 6 idmançı keçəcək. Ona görə finala düşmək çətin olacaq. Ancaq medal uğrunda mübarizə aparmaq ehtimalım çoxdur”.

Gimnast qeyd edib ki, çıxış proqramı bir az mürəkkəbləşdirilib: “Təəssüf ki, proqramı bundan da artıq mürəkkəbləşdirmək üçün vaxtımız çox az idi”.

O həmçinin tamaşaçıların dəstəyinə ümid etdiyini bildirib: “Alqışlayın, həvəsləndirin, qalan hər şeyi özümüz edəcəyik”.


Müəllif: