10 İyun 2015 19:05
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşqçi “Sarı pələnglər”dən elə ilk mərhələdə gözəl nəticə gözləyir

Teleqraf.com xəbər verir ki, Belçikalı məşqçi Qert Vande Brukun başçılıq etdiyi qadın voleybol komandası Bakıda pley-off mərhələsinə çıxmağı qarşısına məqsəd qoyub. Vande Bruk ilk Avropa Oyunlarında “Sarı pələnglərin” elə ilk mərhələdə gözəl nəticələr göstərməsini istəyir.

Belçika Bakı 2015-də Azərbaycan, İtaliya, Türkiyə, Polşa və Rumıniya ilə birgə A qrupuna düşüb. Qrupdakı ilk dörd komanda ¼ finala yüksələcək.

Vande Bruk Belçika Xəbər Agentliyinə açıqlamasında onları çətin oyunlar gözlədiyini bildirib:

"Əgər biz raunda (pley-off) çatsaq, bu, uğur hesab ediləcək. Deməli, qrupda ən azı dördüncü yerə sahib olmalıyıq. Bu, heç də asan olmayacaq".

2013-cü ildə Avropa Çempionatında Belçika komandası yarımfinal mərhələsinə yüksəlib. Qadınlar bürünc medal uğrunda Serbiyanı məğlub etməklə, eləcə də, Avropa Voleybol Liqasının ikinci yerinə çıxmaqla tarix yazıblar.

Lakin Belçika 2014-cü ildəki Dünya Çempionatında yalnız 11-ci yerə çıxa bilib. də bitirməklə bir addım geridə qaldı. Komandanın Türkiyədə keçirilən sınaq yarışlarında da nəticələrin ürəkaçan olmayıb. Odur ki, Bakıda belçikalı qadınları çətin oyun gözləyir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər