10 İyun 2015 18:18
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman gimnastikası üzrə Rusiya yığması ilk Avropa Oyunlarında iştirak etmək üçün bu gün Bakıya gəlib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, gimnastlarla birlikdə Bakıya Rusiyanın su polosu, voleybol, triatlon və dağ velosipedi üzrə komandaları da gəlib.

Qeyd edək ki, rusiyalı gimnastlar Oyunlarda medallara əsas namizədlərdir. Gimnastika turnirində 14 dəst medal oynanılacaq.


Müəllif: