10 İyun 2015 17:46
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq – 2015” seçki blokunun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar partiyası və AXP sədrləri iştirak edib.

Teleqraf.com xəbər verir ki, toplantıda Avrop Oyunlarının açılış törənində iştirakla bağlı qərara alınıb. Bloka daxil olan siyasi partiyalar müəyyən etdikləri mövqeyə uyğun olaraq törəndə iştirak edəcəklər.

Siyasi partiyalar ATƏT-in Bakı ofisinin fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələyə yenidən baxıla biləcəyini də qeyd ediblər. ATƏT-in Qaradağ məsələsində fəaliyyətindən Azərbaycan cəmiyyətindəki narazılığı haqlı sayan siyasi partiyalar bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrin gərginləşməsini mövqelərimizi zəiflədəcəyindən ehtiyat edir. Sədrlər Şurasının toplantısında ölkəmizdəki ictimai-siyasi vəziyyətlə bağlı digər məsələlər də müzakirə edilib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər