10 İyun 2015 21:56
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Mehdiyev: “Birinci Avropa Oyunları Avropa Olimpiya hərakatı üçün tarixi hadisədir”

“Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf edən Azərbaycanın belə böyük uğura imza atmasından qürur duyur, ölkəmizin tərəqqi və sabitlik göstəricisinin beynəlxalq miqyasda təsdiqinə, xalqımızın ümumilli liderinin “Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir” arzusunun möhtərəm prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində tam reallığa çevrilməsinə şahidlik edir. Birinci Avropa oyunları bütün Avropa Olimpiya hərakatı üçün tarixi hadisədir, həmçinin Heydər Əliyevin idman siyasətinin təntənəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev I Avropa Oyunlarının Bakıda keçirilməsini şərh edərkən deyib.

Fond sədri əlavə edib ki, artıq Azərbaycan ilk Avropa oyunlarının keçirilməsinə tam hazırdır və cəmi iki il ərzində bu oyunların Olimpiya oyunları səviyyəsində təşkili üçün bütün işlər uğurla yekunlaşdırılıb: “Ölkəmizin Avropa oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi etmək hüququnu qazanması və dəyərlərimizin olimpiya məşəli işığında bütün dünyaya çatdırılması Azərbaycanın sosial-iqtisadi və mədəni inkişaf yolu ilə inamla irəliləməsinin, dünya arenasında nüfuzunun nümayişidir”.

Nemət


Müəllif: