Almaniyanın www.spox.com saytında Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edən məqalə dərc olunub.
Məqalədə deyilir ki, “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimi sürətlə yaxınlaşır: “Minlərlə idmançı Azərbaycan paytaxtında iyunun 28-dək idmanın 20 növü üzrə 250-dən çox medal dəsti uğrunda mübarizə aparacaq. Bu idmançılar üçün ən əsası 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”.
Məqalədə qeyd olunur: “Asiya, Pan-Amerika, Afrika oyunları var. İndi isə növbə Avropa Oyunlarınındır. Bakıda keçiriləcək Avropa Oyunları qitənin ilk multi-idman tədbiri olacaq. Avropa Olimpiya Komitəsinin 2012-ci ildə Romada keçirilən toplantısında Bakı Avropa Oyunlarının ilk məkanı olaraq seçilib. İyunun 12-dən etibarən Bakının qapıları 17 gün ərzində Avropa Oyunlarına açıqdır. Ümumilikdə, 6 min idmançı 253 qızıl medal uğrunda yarışacaq. Avropa Oyunlarına daxil olan 20 idman növünün 16-sı Olimpiya idman növüdür. Basketbol 3x3, çimərlik futbolu, karate və sambo isə qeyri-olimpiya növü olaraq Avropa Oyunlarının proqramına daxil edilib.
Birinci Avropa Oyunlarına hazırlığın yüksək qiymətləndirildiyi məqalədə deyilir: “Bakıda Oyunlara hazırlıq mükəmməl səviyyədədir və son işlər sürətlə aparılır. Bu möhtəşəm idman tədbirini çoxları izləmək istəyir. Lakin onlar bu imkandan başqa formada yararlana biləcəklər. Çünki Oyunlar dünyanın müxtəlif yerlərində telekanallar vasitəsilə canlı yayımlanacaq”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: