11 İyun 2015 12:33
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah bütün dünya I Avropa Oyunlarının ana vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, ilk Avropa Oyunları həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq.

PA rəsmisi bildirib ki, avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar: "Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxından tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək. Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər. Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!”.


Müəllif:

Oxşar xəbərlər