11 İyun 2015 14:41
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən “AzeriAmerika” diaspor təşkilatı Bakı 2015 Birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində “Bakı 2015 1-ci Avropa Oyunları” sözləri yazılıb.

Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.

Qeyd edək ki, “AzəriAmerika” təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat 2009-cu ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri azəriamerika.com saytı vasitəsilə yayımlayır.

Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.


Müəllif: