11 İyun 2015 14:49
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin bəzi xəbər saytları “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalələr yayıb.

Yaxın Şərq Xəbərlər Agentliyi və digər portallar tərəfindən yayılan məqalələrdə Avropa Oyunlarının keçirilməsi üçün hazırlıq işlərinin başa çatdırıldığı, Azərbaycanın Oyunlara tam hazır olduğu bildirilir, “Bakı-2015” üçün biletlərin artıq satıldığı qeyd edilir.

Məqalələrdə, həmçinin I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin imzaladığı Sərəncamdan bəhs edilir.


Müəllif: