11 İyun 2015 15:04
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarına cəmi 1 gün qalıb. Bu möhtəşəm idman tədbirinə ciddi hazırlaşan ölkələrdən biri də Böyük Britaniyadır.

AZƏRTAC xəbər verir ki, bu fikir iyunun 11-də “BBC-Sport” portalında yerləşdirilən Oyunların gündəliyi və Britaniya idmançılarının gözləntilərindən bəhs edən məqalədə yer alıb.

İyunun 12-də Bakıda birinci Avropa Oyunların yüksək səviyyədə açılış mərasimi keçiriləcəyinin qeyd olunduğu yazıda bildirilir ki, Böyük Britaniya 2008-ci il Pekin Olimpiadasında olduğu kimi, “Bakı-2015” birinci Avropa Oyunlarında da böyük heyətlə çıxış edəcək.

Britaniyalı idmançıların müsahibəsinin yer aldığı məqalədə vurğulanır ki, atletlər birinci Avropa Oyunlarında qalib olmaqla tarixə düşmək niyyətindədirlər və bu yarışlarda qazanılacaq medallar onlara növbəti il Rio Olimpiadasında iştirak etməyə imkan verəcək. Bildirilir ki, bu baxımdan “Bakı -2015” idmançılar üçün mühüm əhəmiyyət kəsb edir.

Yazıda birinci Avropa Oyunlarında bir-birindən maraqlı idman növləri üzrə yarışların keçiriləcəyi qeyd olunur. Azərbaycanda bu tədbiri keçirmək üçün müasir idman infrastrukturunun yaradıldığı vurğulanır.


Müəllif:

Oxşar xəbərlər