11 İyun 2015 17:18
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo üzrə dünya ikincisi Elmar Qasımov ilk Avropa Oyunlarında medal qazanmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Azərbaycanlı dünya ikincisi, cüdoçu Elmar Qasımov bildirib ki, onun əsas hədəfi öz ölkəsində keçirilən Bakı 2015-də qızıl medal qazanmaqdır.

Hazırda 100 kq çəki dərəcəsində dünya reytinqində 2-ci yerdə Olan E.Qasımov 2015-ci ildə indiyədək 3 qızıl medal qazanıb. Bu medalları Mərakeşdə keçirilmiş sonuncu Usta İdmançılar turnirində, Samsun və Tbilisi şəhərlərində baş tutmuş qran-prilərdə əldə edib.

24 yaşlı idmançı, həmçinin 2015-ci ilin mayında Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində gümüş medala sahib çıxıb.

E.Qasımov 2014-cü il Avropa Çempionatında 2-ci yerə yiyələnib. O bildirib ki, doğma vətənində keçiriləcək ilk Avropa Oyunlarının cüdo yarışlarının qalibi olmaq hədəfi ilə yanaşı yarış zamanı diqqətini cəmləyə bilmək bacarığı da onun uğuru üçün əsas olacaq:

"Tatamiyə çıxarkən rəqibimdən başqa heç nə düşünmürəm. Tatamidə olarkən hər şeyi unuduram və narahatlıq keçirmirəm. Qələbə mənim ilhamımdır".

Cüdo yarışları iyunun 25-dən etibarən 4 gün ərzində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Bu yarışlarda Avropadan 416 cüdoçu mübarizə aparacaq.

Rüstəm


Müəllif: