11 İyun 2015 17:05
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“London-2012” Olimpiadasının qızıl mükafatçısı Keti Teylor “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimində İrlandiya komandasının bayraqdarı olacaq.

AZƏRTAC İrlandiya Olimpiya Komitəsinin məlumatına istinadla xəbər verir ki, qadınlar arasında boks üzrə beşqat dünya çempionu olan Keti Teylor ölkəsinin bayrağını meydana gətirəcək.

Qeyd edək ki, Avropanın 50 ölkəsindən 6 min idmançının iştirakı ilə keçiriləcək ilk Avropa Oyunlarında İrlandiya 14 idman növü üzrə təmsil olunacaq. Onlar arasında 12 boksçu da var.


Müəllif:

Oxşar xəbərlər