İyunun 11-də Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh ƏIəsgərov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.