11 İyun 2015 18:41
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda geniş oxucu kütləsinə malik http://sputnik-georgia.ru/ və http://www.apsny.ge/ elektron portalları “Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar silsilə materiallar dərc edib.

Materiallarda Avropa Oyunlarının Bakıda keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir. Bildirilir ki, Avropa tarixində ilk dəfə keçirilən və çox ciddi xarakter daşıyan bu yarışlar dörd ildən bir başqa dövlətlərdə təşkil olunacaq.

Materiallarda qeyd olunub ki, Avropa Oyunlarında qitənin bütün ölkələrindən 6 min idmançı iştirak edəcəkdir. Onlardan da 60-ı Olimpiya çempionu, 150-si Olimpiya mükafatçısı, 200-ü isə dünya çempionudur. Atletlər 16-sı Olimpiya idman növü olmaqla idmanın 20 növündə qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Gürcüstan idmançılarının da bu yarışlara ciddi hazırlaşdıqları qeyd olunub.

Məlumatlarda, həmçinin deyilir ki, ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, onun müavinləri, energetika naziri Kaxa Kaladze və iqtisadiyyat və davamlı inkişaf naziri Qeorgi Kvirikaşvili, idman və gənclər naziri Tariyel Xeçikaşvili, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xizanişvili və digər rəsmi şəxslər iştirak edəcəklər.

Məlumatlarda birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığı və yerli otellərin 90-100 faizinin artıq dolduğu bildirilir.


Müəllif:

Oxşar xəbərlər