I Avropa Oyunları Bakıda yüksək səviyyədə keçiriləcək.
Trend-in məlumatına əsasən, bunu Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə deyib.
Nazir A.Rəhimov bildirib: “Bir çoxları soruşurdu: belə böyük miqyaslı tədbiri lazımi səviyyədə keçirə biləcəyikmi? Bu gün deyə bilərik ki, Avropa Oyunları həm təşkilatçılıq, həm də idman baxımından ən yüksək səviyyədə keçiriləcək”.
A.Rəhimov qeyd edib ki, Avropa Oyunlarının keçirilməsinə sonrakı maraq birbaşa Bakıdakı təşkilat məsələlərindən asılıdır: “Düşünürəm ki, planka kifayət qədər yüksək səviyyədə müəyyənləşdirilib və gələcəkdə bu idman tədbirinin keçirilməsinə bir çox ölkələr maraq göstərəcək. Əksər Avropa ölkələrinin rəsmi nümayəndələri bu gün I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək”.